Xəbər Lenti

  • 06.12.2023

    “Aqrarkredit” QSC tərəfindən problemli borcların müqabilində mülkiyyətinə (balansına) götürülmüş əmlakların satışına başlanılmışdır.

    “Aqrarkredit” QSC-nin balansındakı problemli aktivlərin idarəolunması ilə bağlı təkliflərin müzakirəsi barədə Azərbaycan Respublikasının İqtisadi Şurası iclasının qərarının icrası ilə əlaqədar “Aqrarkredit” QSC-nin Müşahidə Şurasının müvafiq qərarı ilə “Aqrarkredit” QSC-nin balansında, balans dəyəri 1(bir) milyon manatadək olan əmlak və aktivlərin, habelə onlar üzrə borcların tələb hüquqlarının satılması və idarəetməyə verilməsi barədə Qaydalara uyğun olaraq İdarə Heyətinin qərarına əsasən birbaşa müsabiqə yolu ilə və hərrac vasitəsilə 164 167,77 manat dəyərində 28 daşınar əmlak və 2 280 227,62 manat dəyərində 19 daşınmaz əmlak satılmışdır.

     “Aqrarkredit” QSC tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Problemli aktivlərin (əmlakların) və onlar üzrə tələb hüquqlarının satılması, idarəetməyə veriməsi və iştirak payı kimi qoyulması üzrə Müsabiqə Komissiyasının fəaliyyət Qaydalarına əsasən Müsabiqə Komissiyasının qərarına uyğun olaraq 8-i qeyri yaşayış sahələri, 2-i torpaq sahəsi və 1 ədəd fərdi yaşayış evindən ibarət olmaqla cəmi 11 əmlakın 19 706 660,0 manat ilkin satış qiyməti ilə hərrac vasitəsilə satışına hazırlıq görülür.

    Hazırda əmlakların satışı ilə bağlı  tədbirlər davam etdirilir.

     

  • 13.10.2023

    Bildiririk ki, “Aqrarkredit” QSC-nin balansındakı bir qrup daşınar və daşınmaz əmlak “Aqrarkredit” QSC ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs arasında imzalanmış müqavilə əsasında hərrac vasitəsi ilə satışa çıxarılır. Hərraca çıxarılan əmlaklarla bağlı ətraflı məlumatla, həmçinin hərracların keçirilmə tarixləri və yeri barədə www.privatization.az saytında tanış olmaq mümkündür. 

    https://www.privatization.az/index.php/az/sas-s-hif/2016-05-24-10-18-36/dizhaer-haerradzlar/16-menyu-az/8840-05-oktyabr-2023-dzu-il-tarikhindae-saat-11-00-da-haerradza-dzh-khar-lan-azhrarkredit-zhapal-saehmdar-dzaemiyyaeti-bank-olmayan-kredit-taeshkilat-n-n-balans-nda-olan-aemlaklar-n-siyah-s

    https://www.privatization.az/index.php/az/sas-s-hif/2016-05-24-10-18-36/dizhaer-haerradzlar/16-menyu-az/8975-18-oktyabr-2023-dzu-il-tarikhindae-saat-11-00-da-taekrar-haerradza-dzh-khar-lan-azhrarkredit-zhapal-saehmdar-dzaemiyyaeti-bank-olmayan-kredit-taeshkilat-n-n-balans-nda-olan-naezhliyyat-vasitaelaerinin-siyah-s

    https://www.privatization.az/index.php/az/sas-s-hif/2016-05-24-10-18-36/dizhaer-haerradzlar/16-menyu-az/8995-20-oktyabr-2023-dzu-il-tarikhindae-saat-12-00-da-haerradza-dzh-khar-lan-azhrarkredit-zhapal-saehmdar-dzaemiyyaeti-bank-olmayan-kredit-taeshkilat-n-n-balans-nda-olan-aemlaklar-n-siyah-s

     

    Əlaqə: tel: 195-1

     

  • 02.05.2023

    2023-cü il aprelin 28-də “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının (“Aqrarkredit” QSC) Baş ofisində kollektiv üzvlərinin iştirakı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş  toplantı keçirilmişdir.

    Tədbiri giriş sözü ilə acan İdarə Heyətinin sədri Məmməd Musayev qeyd etdi ki, 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunan ümummilli lideri Heydər Əliyevin zəngin irsinə nəzər salarkən məlum olur ki, onun ölkə üçün gördüyü nəhəng işləri, dəyərli və əzəmətli ideyalarının həyata keçirilməsini hər kəs öz sahəsində hiss edir, bunun təzahürünü daha aydın və dərindən dərk edir. Hər kəs bir həqiqəti qəbul edir ki, Azərbaycanın müstəqillik illəri ərzində həyatımızın bütün sahələrində əldə olunmuş uğurlar məhz ümummilli lider Heydər Əliyevin milli inkişaf strategiyasının həyata keçirilməsi nəticəsində mümkün olmuşdur.

    Buna görə də əminliklə deyə bilərik ki, istər çağdaş Azərbaycan tarixində, istərsə də xalqın yaddaşında Heydər Əliyevin adı müstəqil və suveren dövlətin banisi, dahi siyasətçi, misilsiz şəxsiyyət, cəsur insan, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi və əbədiyaşarlıq hüququ qazanmış ən böyük vətəndaş - azərbaycanlı kimi əbədi həkk olunub, əsrlər boyu qalacaq və hər zaman dərin hörmətlə, ehtiramla anılacaqdır.

    Heydər Əliyev yolunu  təhlil edərək belə bir məntiqi nəticəyə gəlmək olar ki, Heydər Əliyev yolu - müstəqil Azərbaycan dövlətinin və xalqımızın əbədiyyət yoludur.

    Tədbirdə çıxış edən digər məruzəçilər də öz növbələrində Heydər Əliyevin doğma xalqı və vətəni yolunda müstəsna xidmətlərindən söhbət açaraq, onun respublika rəhbərliyinə irəli çəkildiyi vaxtdan sonra canından çox sevdiyi Azərbaycanın işıqlı gələcəyi naminə mühüm addımlar atdığını  qeyd etdilər.

    Azərbaycan xalqının hələ necə-necə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqlar.

    İclasda habelə qeyd olundu ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən  qoyulmuş sosial-iqtisadi inkişaf strategiyası, onun layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmizin iqtisadi qüdrəti gündən -günə artır. Heydər Əliyevin gələcək ücün nəzərdə tutduğu iqtisadi ideyalar və arzular artıq gercəkliyə cevrilmişdir.

    Ölkənin aqrar sahəsinin maliyyələşməsində və kreditləşməsində iştirak edən “Aqrarkredit” QSC-nin  də özünəməxsus payı vardır.

    Əsas məqsədimiz “Azərbaycan Respublikası regionlarının “2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının həyata keçirilməsində yaxından iştirak etmək, eyni zamanda ölkənin kənd yerlərində maliyyə xidməti göstərən və mənfəətlə işləyən bir maliyyə qurumuna cevrilməkdir.

     2023-cü ilin Heydər Əliyev ili elan edilməsi ilə bağlı “Aqrarkredit” QSC üzrə Tədbirlər Planı  təsdiq edilmişdir.

     “Aqrarkredit” QSC cari ildə ölkəmizdə Heydər Əliyev ili çərçivəsində keçirilən dövlət tədbirlərində yaxından iştirak edərək, ulu öndərin irsinin gənc nəslə çatdırılması istiqamətində öz fəaliyyətini genişləndirir.

    Belə ki, cari ilin əvvəlində “Aqrarkredit” QSC-nin Baş ofisinin inzibati binasında və tabelikdə olan 12 regional filialın hər birinin inzibati binasında Ulu öndərin həyat və fəaliyyətini əks etdirən stendlər quraşdırılmışdır.

         Eyni zamanda kollektiv üzvləri Bakıda və regionlarda keçirilmiş ağacəkmə aksiyalarında və digər tədbirlərdə yaxından iştirak etmişlər. Habelə  “Heydər Əliyev ili” çərçivəsində aztəminatlı ailələrdən olan, ali təhsildə yüksək akademik göstəricilərə nail olmuş 2 (iki) tələbənin il ərzində təqaüdlə təmin olunması barədə qərar verilmiş və hazırda təqaüdün ödənişi həyata keçirilir.

    İclasın sonunda İdarə Heyətinin sədri M.Q.Musayev yekun nitqi ilə cıxış edərək, Heydər Əliyevin həmişəyaşar ideyalarına sadiqlik nümayiş etdirən “Aqrarkredit” QSC-nin kollektiv üzvlərinin, kənd yerlərində yaşayan əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi üçün aqrar sahənin kreditləşdirilməsində əllərindən gələni əsirgəməyəcəklərinə ümidvar olduğunu  bildirdi.

     

  • 17.03.2023
  • 16.03.2023

    Agac 01 2023

  • 16.03.2023
  • 02.02.2023

            

     

    Fermerlərin dövlət vəsaitləri hesabına kreditləşməsində ən aktiv iştirak edən Bank olmayan kredit təşkilatı

     

    01 fevral 2023-cü il tarixində Bakıda Kənd Təsərrüfatı Nazirliyi yanında fəaliyyət göstərən Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) təşkilatçılığı ilə 2-ci Aqrobiznesin İnkişafı Forumu keçirilib. Tədbirdə Kənd Təsərrüfatı və İqtisadiyyat Nazirliklərinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin,  “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyətinin (“Aqrarkredit” QSC) rəhbər şəxsləri, hər iki Nazirliyin tabeli qurumlarının, Mərkəzi Bankın, Azərbaycan Banklar Assosiasiyasının, ölkədə fəaliyyət göstərən bankların, həmçinin yerli və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

    Artıq ikinci ildir təşkil olunan forumun keçirilməsində əsas məqsəd ölkədə aqrobiznesin inkişafında rolu olan tərəfləri bir araya gətirməklə beynəlxalq və yerli təcrübəni, mövcud vəziyyəti, imkanları, o cümlədən aqrobiznesə maliyyə dəstəyi və dövlət güzəştlərindən daha çox fermer-sahibkarın faydalanması üçün lazım olan addımları müzakirə etməkdir.

    Daha sonra kənd təsərrüfatında dövlət dəstəyinin təmin edilməsində, kiçik və orta fermerlərin istehsal vasitələri ilə təmin olunmasında, fermerlərin dövlət vəsaiti hesabına kreditləşməsində, aqrar maliyyələşmə sahəsində yeni innovativ məhsulların təqdim edilməsində iştirak edən özəl sektor subtektlərinə mükafatlar təqdim olunub.

    Tədbirdə “Aqrarkredit” QSC “Fermerlərin dövlət vəsaitləri hesabına kreditləşməsində ən aktiv iştirak edən Bank olmayan kredit təşkilatı” nominasiyası üzrə mükafatla təmin edilmişdir. Mükafatı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri `cənab Seymur Mövlayev təqdim etmişdir.

    Qeyd edək ki, Aqrarkredit QSC bundan sonrakı dövrdə də öz fəaliyyətində kənd yerlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maliyyə əlçatanlığının yaxşılaşdırılması üzrə dövlətin apardığı siyasəti dəstəkləyəcək, onlara maliyyə xidmətləri ilə yanaşı bizneslərinin idarə edilməsi üçün maliyyə məsləhəti xidmətlərini təqdim edəcək, habelə kənd yerlərində yaşayan insanların maliyyə savadlığının artırılmasına töhfəsini verəcəkdir.

  • 12.04.2022

    11 aprel 2021-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə ölkədə yüksək keyfiyyətli ekoloji mühitin yaradılması məqsədilə ağacəkmə aksiyası keçirilmişdir.  Aksiya çərçivəsində Bakı şəhəri, Müşfiqabad qəsəbəsində yerləşən 51.4 hektar ərazidə ölkədə fəaliyyət göstərən banklar və BOKT-ların əməkdaşlarının iştirakı ilə 6000-ə yaxın eldar şamı və zeytun ağacı əkilmişdir.

    Bu tədbir 22 fevral 2022-ci ildə Azərbaycan Banklar Assosiasiyası (ABA) və Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) arasında ölkədə yüksək keyfiyyətli ekoloji mühitin yaradılması istiqamətində həyata keçirilən tədbirlərə dəstək göstərilməsi sahəsindəki Anlaşma Memorandumuna əsasən həyata keçirilmişdir.

    Qeyd edək ki, bu tədbirdə  Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, Aqrarkredit Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının İdarə Heyətinin üzvü Bəxtiyar Ağayev və Aqrarkredit QSC-nin əməkdaşları iştirak etmişdir.

    Bundan sonra Aqrarkredit komandası olaraq bu tipli ictimai layihələrdə fəal iştirakımızı davam etdirəcəyik.

  • 12.01.2021
  • 05.10.2020

    "Aqrarkredit" QSC Silahlı Qüvvələrə Yardım Fonduna 50.000 manat vəsait köçürmüşdür.

  • 29.07.2020
  • 21.07.2020

    “Aqrarkredit” QSC ilə Asiya İnkişaf Bankı arasında gələcək əməkdaşlıqla bağlı video konfrans keçirilmişdir

    Azərbaycan Respubkilasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində Azərbaycanın bütün regionlarında sahibkarlığın inkişafı, xüsusən də dayanıqlı iqtisadiyyatın qurulması istiqamətində mühüm addımlar atılmışdır.

    Sərbəst bazar münasibətlərinə, özünütənzimləmələrə əsaslanan iqtisadi sistemdə insanların sosial müdafiəsinə və yüksək rifahına hesablanmış müxtəlif layihələrin, ən başlıcası, mənəvi-etik dəyərlərin yad təsirlərdən qorunması kimi nəcib işlər xüsusilə aktualdır. Hazırda bu nəcib missiyanı yüksək mənəvi məsuliyyətlə üzərinə götürərək şərəflə, əzmlə, təmənnasızlıqla həyata keçiriən insanlar arasında Azərbaycanın birici vitse-prezidenti Mehriban xanımın ölkə iqtisadiyyatının aktual problemlərinə olan həsasas münasibəti Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir.

    Prezident İlham Əliyev tərəfindən davamlı olaraq həyata keçirilən kompleks islahatlar, inzibati prosedurların sadələşdirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, investisiya mühitinin yaxşılaşdırılması tədbirləri və institutsional dəstək mexanizmlərinin tətbiqi iqtisadiyyatın inkişafını daha da sürətləndirmişdir. Bunun nəticəsidir ki, ölkədə sahibkarlıq fəaliyyəti inkişaf edir, bütün regionları əhatə etməklə yeni istehsal və xidmət sahələri yaradılır, rəqabətqabiliyyətli məhsul istehsalı imkanları genişlənir, özəl bölmənin ümumi daxili məhsulda və məşğulluqda xüsusi çəkisi artır.

    Məhz bunun nəticəsidir ki, Azərbaycan bu gün nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən maliyyə qurumlarının diqqət mərkəzindədir. Buna əyani misal kimi bu il iyunun 1-də Asiya İnkişaf Bankının təşəbbüsü ilə Azərbaycan Respubkilasının Prezidenti cənab İlham Əliyevlə Bankın prezidenti cənab Masatsuqu Asakava və bankın digər rəhbər nümayəndələri arasında video konfransın keçirilməsini göstərmək olar.

    Bu konfransda Azərbaycanla Asiya İnkişaf Bankı arasında qarşılıqlı faydalı əməkdaşlıq məsələləri, Azərbaycanın kənd təsərrüfatının inkişafı, peşə təhsili, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi, bərpa olunan enerji layihələrinin həyata keçirilməsi, dəmir yolu sisteminin təkmilləşdirilməsi və s. infrastruktur layihələrlə bağlı məsələlər müzakirə olunmuşdur. Həmin görüşdə Prezident cənab İlham Əliyev Asiya İnkişaf Bankının Azərbaycanın dayanıqlı inkişafına infrastruktur layihələrlə bağlı böyük töhfə verdiyini, Azərbaycan və Asiya İnkişaf Bankı son 20 ildə olduğu kimi, bundan sonra da iqtisadiyyatın bir çox sahələrində sıx şəkildə işləməyə davam ediləcəyini vurğulamışdır.

    Konfransda səslənən məsələlərin icrası olaraq 2020-ci ilin iyun ayının 24-də “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının (“Aqrarkredit” QSC)  rəhbərliyi ilə Asiya İnkişaf Bankının Azərbaycan nümayəndəliyinin rəhbərliyi arasında video konfrans keçirilmişdir.

    Video konfransıın əsas məqsədi “Aqrarkredit” QSC ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlığın qurulması, gələcək perspektivdə bir sıra layihələrin birgə icrası olmuşdur.

    Qeyd edək ki, “Aqrarkredit” QSC ölkədə iqtisadi fəallığın və əhalinin rifah halının yüksəldilməsinə köməklik göstərmək, qeyri-neft sektorunun, xüsusi ilə kənd təsərrüfatının inkişafına töhvə vermək məqsədilə real sektorda, o cümlədən kənd yerlərində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarıq subyektlərinə kredit xidmətini genişləndirmək məqsədilə beynəlxalq əməkdaşlığa xüsusi önəm verir.

    Görüş zamanı “Aqrarkredit” QSC-nin İdarə Heyətinin Sədri Məmməd Musayev çıxışında “Aqrarkredit” QSC-nin ölkənin kənd təsərrüfatına kredit xidməti göstərən ən böyük maliyyə qurumlarından biri olduğunu qeyd etdi və onun son illərdəki fəaliyyəti barədə ətraflı məlumat verdi. Kredit Təşkilatı fəaliyyətində Beynəlxalq Maliyyə qurumları, xarici ölkələrin Maliyyə Təşkilatları və onların Azərbaycan nümayəndələri ilə əməkdaşlığa xüsusi əhəmiyyət vediyini bildirən Məmməd Musayev Kredit Təşkilatının beynəlxalq əlaqələrdə böyük təcrübəyə malik olduğunu, bir çox kənd təsərrüfatı layihələrin icrasını uğurla başa vurduğunu, elə bu çərçivədə Asiya İnkişaf Bankı ilə əməkdaşlıq etmək niyyətində olduqlarını vurğuladı.

    Asiya İnkişaf Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri cənab Nariman Mannapbekov isə çıxışında birgə layihələrin həyata keçirilməsi üçün ölkədə münbit şəraitin mövcud olduğunu vurğuladı. Bu aspektdə Asiya İnkişaf Bankı olaraq “Aqrarkredit” QSC ilə gələcək əməkdaşlığa önəm verdiklərini və Kredit Təşkilatının fəaliyyəti barədə son illərin maliyyə hesabatları ilə daha yaxından tanış olmaq istədiklərini bildirdi.

    Video görüşdə “Aqrarkredit” QSC-nin və Asiya İnkişaf Bankının Azərbaycan nümayəndəliyinin digər əməkdaşları da gələcək əməkdaşlıq barədə hansı konkret addımların atılmalı olduğu ilə bağlı öz fikirlərini bildirdilər.

    İclasın nəticəsinə əsasən tərəflər arasında 10 gün sonra yeni görüşün keçirilməsi və əməkdaşlıq barədə memorandum imzalanmasının məqsədəuyğunluğu vurğulandı.

  • 28.10.2019
  • 10.07.2019

    “Dövlətə məxsus olan hüquqi şəxslərdə apellyasiya şuralarının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 06 may 2019-cu il tarixli 681 nömrəli Fərmanının icrası olaraq “Aqrarkredit” QSC-nin İdarə Heyətinin 13 may 2019-cu il tarixli 54 nömrəli Qərarı ilə “Aqrarkredit” QSC-də “Apellyasiya Şurası” yaradılmışdır.

    Apellyasiya Şurası sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı “Aqrarkredit”QSC-nin və onun strukturuna daxil olan digər qurumların qərarlarından, hərəkət və ya hərəkətsizliyindən verdikləri şikayətlərə baxır.

    Apellyasiya Şurasına daxil olan müraciətlər üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılır, mahiyyəti üzrə əsaslandırılmış qərar qəbul edilir və müraciət edənlərə rəsmi cavab göndərilir.

    Müraciət yazılı (o cümlədən elektron) formada tərtib edilməli və özündə aşağıdakı məlumatları əks etdirməlidir:

    • Müraciət olunan qurum: “Aqrarkredit” QSC-nin Apellyasiya Şurası;
    • Müraciətçi fiziki şəxs olduqda: onun soyadı, adı, atasının adı, yaşayış yeri və ya faktiki yaşadığı ünvan
    • Müraciətçi fiziki şəxs olduqda: hüquqi şəxsin adı və hüquqi ünvanı;
    • Fiziki və ya hüquqi şəxsin VÖEN-i;
    • Müraciətin məzmunu və tələbi;
    • Bundan əvvəl “Aqrarkredit” QSC-yə edilmiş müraciətlər və alınmış cavablar barədə məlumatlar;
    • Müraciətə əlavə edilmiş sənədlərin siyahısı.

    Müraciəti fiziki şəxsin özü, hüquqi şəxsin rəhbəri, yaxud onun səlahiyyətli nümayəndələri (səlahiyyəti təsdiq edən sənədin əsli müraciətə əlavə edilməklə) imzalayırlar. Hüquqi şəxsin təqdim etdiyi müraciətə həmin hüquqi şəxsin möhürü vurulmalıdır.

     

     Ünvan:       AZ1006, Bakı şəhəri, Qədirli küçəsi 125.

    Tel/faks:     (+99412) 538-93-57    (+99412) 498-15-17

    E-Mail:       apellyasiya@aqrarkredit.az info@aqrarkredit.az

  • 06.03.2019

    "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrasında şəffaflığın təmin edilməsi məqsədilə əsas kredit borclarının devalvasiya nəticəsində manatla artmış hissəsi üzrə nəzərdə tutulan güzəşt məbləğinin vətəndaşlar tərəfindən hesablanması üçün Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) rəsmi internet səhifəsində elektron kalkulyator istifadəyə verilib.

    Palatanın rəsmi internet səhifəsinə (www.fimsa.az ) giriş edən hər bir vətəndaş ana səhifədə əks olunan "PK - Problemli kreditlərin həllinə dair məlumat" bölməsində yerləşdirilmiş "kalkulyator"a https://pk.fimsa.az/az/calculator  daxil olaraq müvafiq hissələrə lazım olan məlumatı daxil etməklə əldə edəcəyi güzəşt məbləğini sərbəst şəkildə hesablaya bilər. 

    Mövzu ilə bağlı sual yarandıqda və ya əlavə məlumata ehtiyac olduqda vətəndaşlar Palatanın “966 Çağrı mərkəzi”nə, sisial şəbəkə səhifələrinə, həmçinin saytın “Əlaqə” alt bölməsində qeyd olunan əlaqə vasitələrindən istifadə edə və ya elektron qaydada müraciət ünvanlaya bilərlər.

  • 06.09.2017

    “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının və “Azərpambıq” Məhdud Məsuliyyətli Cəmiyyətinin təşəbbüsü, Bərdə rayon İcra hakimiyyətinin dəstəyi ilə 2017-ci il sentyabrın 04-də Bərdə şəhərində pambıqçılığın inkişafı məsələlərinə dair regional müşavirə keçirilmişdir.

    Tədbirdə “Azərpambıq” MMC-nin məsul işçiləri, Bərdə Rayonu İcra hakimiyyətinin, habelə digər pambıqçılıq rayonlarının nümayəndələri, əlaqədar təşkilatların rəhbər və səlahiyyətli nümayəndələri iştirak  ediblər.

    Tədbiri  giriş sözü ilə Bərdə rayon İcra hakimiyyəti başçısının müavini İlham Məmmədov açaraq, tədbirin Bərdə şəhərində təşkilinə görə minnətdarlığını bildirdi. O, pambıqçılığın inkişafı sahəsində rayonda görülən tədbirlər haqqında məlumat verdi.

    “Aqrarkredit” QSC-nin İdarə Heyətinin  sədri Məmməd Musayev cıxış edərək qeyd etdi ki, Azərbaycanda  pambıqçılığın  inkişafı Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasətin prioritet istiqamətlərindən biridir.

    O, bildirdi ki, ölkə Prezidentinin tapşırığına əsasən  pambıqçılığın inkişafına daha ciddi yanaşmalıyıq. Çünki bu, həm insanları işə cəlb edir, - pambıq tarlalarında çox insan işlə təmin edir, onların sosial vəziyyətinin yaxşılaşdırılmasına kömək edir, eyni zamanda pambıqçılıq ölkəyə valyuta gətirən məhsuldur.

    Ölkə Prezidentinin 22 sentyabr 2016-cı il tarixdə imzaladığınız pambıqçılığın inkişafına dövlət dəstəyi haqqındakı Sərəncamına əsasən hər ton xam-pambığa görə pambıq istehsalçılarına 100 manat subsidiya verilməsi qərara alındıqdan sonra əmək tutumlu sahə olan  pambıqçılığa fermerlərin maraqları daha da artmış və ölkədə pambıqçılıq yüksələn xətlə inkişaf edir. O, qarşıda duran vəzifələr haqqında ətraflı danışaraq, yüksək göstəricilərə çatmaq üçün görülməli işlər barədə konkret fikir və tapşırıqlarını bildirdi.

    Daha sonra “Azərpambıq” MMC-nin Direktorlar Şurasının sədri Zakir Əzimov, 2016-cı il mövsümünün maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri, 2017-ci ildə pambıq yığımına hazırlıq işlərinin vəziyyəti və qarşıda duran vəzifələr barədə çıxış edərək bildirdi ki, ölkədə pambıqçılığın inkişafını təmin etmək məqsədi ilə “Azərpambıq" Məhdud Məsuliyyətli Cəmiyyəti üzrə 2017-ci il  mövsümündə respublikanın Saatlı, Beyləqan, Ağcabədi, Zərdab, Bərdə, Sabirabad, İmişli, Biləsuvar, Salyan, Neftçala, Tərtər, Ucar, Ağdaş, Ağdam, Cəlilabad, Kürdəmir, Hacıqabul və Goranboy rayonlarında 28565 hektarda, o cümlədən 1885 hektarı Cəmiyyət torpaqları olmaqla fermerlə bağlanmış müqavilələr əsasında pambıq əkilmişdir.

    2017-ci ildə pambıq istehsalının təşkili ilə bağlı  “Tədbirlər planı” təsdiq edilmiş və “Azərpambıq” Məhdud Məsuliyyətli Cəmiyyəti üzrə də  tapşırıqların yerinə yetirilməsi istiqamətində ardıcıllıqla lazımı işlər  görülür.

    O qeyd etmişdir ki, 2017-ci il mövsümünü uğurla başa vurmaq, əmək tutumlu sahə olan və ölkəyə valyuta gətirən, ciddi strateji əhəmiyyət kəsb edən  pambıqçılığın daha da inkişaf etdirilməsi bizim qarşımızda duran mühüm vəzifədir. Odur ki, üzərimizə düşən öhdəliklərin layiqincə yerinə yetirilməsi istiqamətində var gücümüzlə çalışacaq, “Ağ qızılın” şöhrətinin özünə qaytarılması üçün səylərimizi əsirgəməyəcəyik.

    “Aqrarkredit” QSC-nin Kreditləşmənin təşkili və korporativ müştərilərlə iş departamentinin direktoru Vüqar Yaqubov çıxış edərək bildirdi ki, pambığın əkilib becərilməsinə görə fermerlərə dördtərəfli müqavilələr əsasında “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 23350 hektar sahədə fəaliyyət göstərən 1575 fermerə 11,6 millyon manat kredit verilmişdir.

    Tədbirdə “Azərpambıq”  MMC-nin Şirvan, Beyləqan, Bərdə. Biləsuvar, Ağcəbədi və Sabirabad rayonlarının pambıqtəmizləmə zavodlarının, habelə “Aqrarkredit” QSC-nin pambıq yığımı ilə məşğul olan Bərdə, Gəncə, Salyan, İmişli rayon filiallarının müdirləri və digər məsul şəxslər çıxış edərək  2017-ci ilin pambıq mövsümündə görülmüş və gələcəkdə görüləcək işlərdən danışdılar.

    “Aqrarkredit” QSC İdarə Heyətinin sədri Məmməd Musayev müşavirəyə yekun vuraraq, 2017-ci ildə pambıq yığımının müvəffəqiyyətlə başa vurulmasını təmin edəcək təxirəsalınmaz işlərin təcili görülməsi və müşavirədə qaldırılan məsələlərin tezliklə həyata keşirilməsi barədə ətraflı danışdı.

     

  • 10.11.2016

    Azərbaycan Beynəlxalq Bankından qəbul edilmiş problemli aktivlərin satılması və kənar idarəçilərə verilməsi prosesində ortaya çıxan məsələlərin həlli məqsədi ilə Nazirlər Kabinetinin 22 iyul 2016-cı il tarixli  qərarı ilə yaradılmış Müsabiqə Komissiyasınınqərarı ilə aktivlərin qiymətləndirilməsi  üçün qiymətləndirici şirkətlər, hərrac üzrə satışların təşkili üçün isə hərrac təşkilatları seçilmişdir.  

     

    http://aqrarkredit.az/az/pages/50-qiymetlendirici-shirketler

     

  • 15.05.2016
  • 08.02.2016

    Aqrarkredit QSC-nin 08 fevral 2016-cı il tarixli qərarı ilə Yalcın Saleh oğlu Əzizov “Aqrarkredit” QSC-nin Müşahidə Şurasının üzvlüyündən azad edilmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Strateji planlaşdırma və proqnozlaşdırma şöbəsinin müdir müavini Ramin Zakir oğlu Dənyarov 08.02.2016-cı il tarixdən 3 (üç) il müddətinə “Aqrarkredit” QSC-nin Müşahidə Şurasının üzvü seçilmişdir.

  • 15.10.2015

    MicroFinanza Rating Beynəlxalq Reytinq Təşkilatının qiymətləndirməsinə əsasən Aqrarkredit QSC BB- proqnoz stabil reytinq qiymətini almışdır.

    http://aqrarkredit.az/upload/Image/Ratinq%20-%20Eng.JPG

  • 16.07.2015

    Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” 2015-ci il 15 iyul tarixli 570 nömrəli fərmanı ilə Azərbaycan Beynəlxalq Bankının problemli aktivləri  “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının idarəetməsinə verilmişdir.

    http://aqrarkredit.az/az/legislation/40-QANUNVER%C4%B0C%C4%B0L%C4%B0K

     

  • 30.01.2015
  • 10.11.2014
  • 12.03.2014
  • 29.01.2014
  • 10.05.2013
  • 04.05.2013
  • 24.04.2013
  • 25.11.2012
  • 22.11.2012
  • 04.05.2012
  • 07.02.2012
  • 10.12.2011
  • 09.09.2011
  • 15.01.2010
  • 16.11.2009
  • 08.08.2009