Kənd Yerlərinin Kreditləşdirilməsi Proqramı

Kredit şərtləri:
Kreditin məbləği: 5000 manatdan yuxarı, Mikrokredit: 500-5000 Manat
Faiz dərəcəsi: 18 - 21 %, 21 - 24 %
Müddət: 12 - 60 ay
Onlayn sifariş etƏsas məqsəd:
Kənd yerlərində kredit xidməti göstərməklə onun sosial iqtisadi inkişafına nail olmaqdır.
Əhatə dairəsi:
Azərbaycan Respublikasının bütün regionlarında Bakı, Naxçıvan, Bərdə, Lənkəran, Salyan, Ucar, İmişli, Gəncə, Xaçmaz, Qazax, Şəki, Şamaxı filialları vasitəsi ilə.
Kreditləşmənin subyektləri – fiziki və hüquqi şəxslər, ailə kəndli təsərrüfatları, birgə borclular.
Kreditin təyinatı:
- Bitkiçilik məhsulları istehsalı üçün;
- Heyvandarlıq məhsulları istehsalı üçün;
- Aqrar emal sahələri üçün;
- Kənd təsərrüfatı texnikası və avadanlıqlarının alınması üçün;
- Kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərilən xidmət üçün;
- Kənd təsərrüfatı məhsullarının tədarükü və sairə üçün;
- Kənd yerlərində ticarət üçün;
Kreditin müddəti:
qısa müddətli – əsas borca güzəşt müddəti 9 ayadək (təqdim edilmiş layihənin xüsusiyyəti nəzərə alınmaqla)
olmaqla, 24 ayadək.
uzun müddətli - əsas borca güzəşt müddəti 12 ayadək (təqdim edilmiş layihənin xüsusiyyəti nəzərə alınmaqla) olmaqla, 60 ayadək.
Kredit faizi və komission haqqı:
- Kənd təsərrüfatı məhsullarının istehsalı, emalı sahələrinə və kredit ittifaqlarına:
- İlk dəfə müraciət edənlərə - illik 20 %,
- Krediti vaxtında qaytarmış təkrar borcalanlara - illik 18 %;
-
Kənd təsərrüfаtı məhsullаrının tədаrükü, ticаrəti, kənd yеrlərində biznеs və digər xidmət sаhələrinə
- İlk dəfə müraciət edənlərə - illik 21 %,
- Krediti vaxtında qaytarmış təkrar borcalanlara - illik 20 %;
-
Mikrokreditlərə:
- İlk dəfə müraciət edənlərə - illik 24 %,
- Krediti vaxtında qaytarmış təkrar borcalanlara - illik 21 %;
-
Kreditin qiymətləndirilməsi və göstərilən digər xidmətlərə görə komission haqqı 0.5% - 1.5%-dək.
Kreditin və faizin ödənişi
- Kreditə hesablanmış faizin ödənişi ayda bir dəfədən az olmamaqla;
- Əsas borcun ödənişi əsas borca tətbiq ilunmuş güzəşt dövrü başa çatdıqdan sonra kredit müqaviləsində nəzərdə tutulmuş müddatdən başlayaraq ödənilir.
Kreditə müraciət edənlər aşağıdakı sənədləri təqdim edir:
- Kredit ərizəsi;
- Biznes plan (Kredit layihəsi);
- Təqdim edilən layihə məbləğinin ən azı 30%-i borcalanın öz vəsaiti olduqda;
- Kreditin təminatı kimi likvid girov əmlakı və ya zəmanət;
- Girov əmlakının sığortalanması məqsədəuyğundur.
- 5000 manatadək olan mikrokreditlər üçün kreditin təminatı zaminlik formasında tələb olunur.
- Mikrokredit alan şəxslərdən həyat sığortası tələb olunur.