Mətbuat arxivi

  • 06.09.2017

    “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının və “Azərpambıq” Məhdud Məsuliyyətli Cəmiyyətinin təşəbbüsü, Bərdə rayon İcra hakimiyyətinin dəstəyi ilə 2017-ci il sentyabrın 04-də Bərdə şəhərində pambıqçılığın inkişafı məsələlərinə dair regional müşavirə keçirilmişdir.

    Tədbirdə “Azərpambıq” MMC-nin məsul işçiləri, Bərdə Rayonu İcra hakimiyyətinin, habelə digər pambıqçılıq rayonlarının nümayəndələri, əlaqədar təşkilatların rəhbər və səlahiyyətli nümayəndələri iştirak  ediblər.

    Tədbiri  giriş sözü ilə Bərdə rayon İcra hakimiyyəti başçısının müavini İlham Məmmədov açaraq, tədbirin Bərdə şəhərində təşkilinə görə minnətdarlığını bildirdi. O, pambıqçılığın inkişafı sahəsində rayonda görülən tədbirlər haqqında məlumat verdi.

    “Aqrarkredit” QSC-nin İdarə Heyətinin  sədri Məmməd Musayev cıxış edərək qeyd etdi ki, Azərbaycanda  pambıqçılığın  inkişafı Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasətin prioritet istiqamətlərindən biridir.

    O, bildirdi ki, ölkə Prezidentinin tapşırığına əsasən  pambıqçılığın inkişafına daha ciddi yanaşmalıyıq. Çünki bu, həm insanları işə cəlb edir, - pambıq tarlalarında çox insan işlə təmin edir, onların sosial vəziyyətinin yaxşılaşdırılmasına kömək edir, eyni zamanda pambıqçılıq ölkəyə valyuta gətirən məhsuldur.

    Ölkə Prezidentinin 22 sentyabr 2016-cı il tarixdə imzaladığınız pambıqçılığın inkişafına dövlət dəstəyi haqqındakı Sərəncamına əsasən hər ton xam-pambığa görə pambıq istehsalçılarına 100 manat subsidiya verilməsi qərara alındıqdan sonra əmək tutumlu sahə olan  pambıqçılığa fermerlərin maraqları daha da artmış və ölkədə pambıqçılıq yüksələn xətlə inkişaf edir. O, qarşıda duran vəzifələr haqqında ətraflı danışaraq, yüksək göstəricilərə çatmaq üçün görülməli işlər barədə konkret fikir və tapşırıqlarını bildirdi.

    Daha sonra “Azərpambıq” MMC-nin Direktorlar Şurasının sədri Zakir Əzimov, 2016-cı il mövsümünün maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri, 2017-ci ildə pambıq yığımına hazırlıq işlərinin vəziyyəti və qarşıda duran vəzifələr barədə çıxış edərək bildirdi ki, ölkədə pambıqçılığın inkişafını təmin etmək məqsədi ilə “Azərpambıq" Məhdud Məsuliyyətli Cəmiyyəti üzrə 2017-ci il  mövsümündə respublikanın Saatlı, Beyləqan, Ağcabədi, Zərdab, Bərdə, Sabirabad, İmişli, Biləsuvar, Salyan, Neftçala, Tərtər, Ucar, Ağdaş, Ağdam, Cəlilabad, Kürdəmir, Hacıqabul və Goranboy rayonlarında 28565 hektarda, o cümlədən 1885 hektarı Cəmiyyət torpaqları olmaqla fermerlə bağlanmış müqavilələr əsasında pambıq əkilmişdir.

    2017-ci ildə pambıq istehsalının təşkili ilə bağlı  “Tədbirlər planı” təsdiq edilmiş və “Azərpambıq” Məhdud Məsuliyyətli Cəmiyyəti üzrə də  tapşırıqların yerinə yetirilməsi istiqamətində ardıcıllıqla lazımı işlər  görülür.

    O qeyd etmişdir ki, 2017-ci il mövsümünü uğurla başa vurmaq, əmək tutumlu sahə olan və ölkəyə valyuta gətirən, ciddi strateji əhəmiyyət kəsb edən  pambıqçılığın daha da inkişaf etdirilməsi bizim qarşımızda duran mühüm vəzifədir. Odur ki, üzərimizə düşən öhdəliklərin layiqincə yerinə yetirilməsi istiqamətində var gücümüzlə çalışacaq, “Ağ qızılın” şöhrətinin özünə qaytarılması üçün səylərimizi əsirgəməyəcəyik.

    “Aqrarkredit” QSC-nin Kreditləşmənin təşkili və korporativ müştərilərlə iş departamentinin direktoru Vüqar Yaqubov çıxış edərək bildirdi ki, pambığın əkilib becərilməsinə görə fermerlərə dördtərəfli müqavilələr əsasında “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 23350 hektar sahədə fəaliyyət göstərən 1575 fermerə 11,6 millyon manat kredit verilmişdir.

    Tədbirdə “Azərpambıq”  MMC-nin Şirvan, Beyləqan, Bərdə. Biləsuvar, Ağcəbədi və Sabirabad rayonlarının pambıqtəmizləmə zavodlarının, habelə “Aqrarkredit” QSC-nin pambıq yığımı ilə məşğul olan Bərdə, Gəncə, Salyan, İmişli rayon filiallarının müdirləri və digər məsul şəxslər çıxış edərək  2017-ci ilin pambıq mövsümündə görülmüş və gələcəkdə görüləcək işlərdən danışdılar.

    “Aqrarkredit” QSC İdarə Heyətinin sədri Məmməd Musayev müşavirəyə yekun vuraraq, 2017-ci ildə pambıq yığımının müvəffəqiyyətlə başa vurulmasını təmin edəcək təxirəsalınmaz işlərin təcili görülməsi və müşavirədə qaldırılan məsələlərin tezliklə həyata keşirilməsi barədə ətraflı danışdı.

     

  • 10.11.2016

    Azərbaycan Beynəlxalq Bankından qəbul edilmiş problemli aktivlərin satılması və kənar idarəçilərə verilməsi prosesində ortaya çıxan məsələlərin həlli məqsədi ilə Nazirlər Kabinetinin 22 iyul 2016-cı il tarixli  qərarı ilə yaradılmış Müsabiqə Komissiyasınınqərarı ilə aktivlərin qiymətləndirilməsi  üçün qiymətləndirici şirkətlər, hərrac üzrə satışların təşkili üçün isə hərrac təşkilatları seçilmişdir.  

     

    http://aqrarkredit.az/az/pages/50-qiymetlendirici-shirketler

     

  • 15.05.2016
  • 08.02.2016

    Aqrarkredit QSC-nin 08 fevral 2016-cı il tarixli qərarı ilə Yalcın Saleh oğlu Əzizov “Aqrarkredit” QSC-nin Müşahidə Şurasının üzvlüyündən azad edilmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Strateji planlaşdırma və proqnozlaşdırma şöbəsinin müdir müavini Ramin Zakir oğlu Dənyarov 08.02.2016-cı il tarixdən 3 (üç) il müddətinə “Aqrarkredit” QSC-nin Müşahidə Şurasının üzvü seçilmişdir.

  • 15.10.2015

    MicroFinanza Rating Beynəlxalq Reytinq Təşkilatının qiymətləndirməsinə əsasən Aqrarkredit QSC BB- proqnoz stabil reytinq qiymətini almışdır.

    http://aqrarkredit.az/upload/Image/Ratinq%20-%20Eng.JPG

  • 16.07.2015

    Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” 2015-ci il 15 iyul tarixli 570 nömrəli fərmanı ilə Azərbaycan Beynəlxalq Bankının problemli aktivləri  “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının idarəetməsinə verilmişdir.

    http://aqrarkredit.az/az/legislation/40-QANUNVER%C4%B0C%C4%B0L%C4%B0K

     

  • 30.01.2015
  • 10.11.2014
  • 12.03.2014
  • 29.01.2014
  • 10.05.2013
  • 04.05.2013
  • 24.04.2013
  • 25.11.2012
  • 22.11.2012
  • 04.05.2012
  • 07.02.2012
  • 10.12.2011
  • 09.09.2011
  • 15.01.2010
  • 16.11.2009
  • 08.08.2009