Aqrarkredit” QSC-nin “Apellyasiya Şurası”

“Dövlətə məxsus olan hüquqi şəxslərdə apellyasiya şuralarının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 06 may 2019-cu il tarixli 681 nömrəli Fərmanının icrası olaraq “Aqrarkredit” QSC-nin İdarə Heyətinin 13 may 2019-cu il tarixli 54 nömrəli Qərarı ilə “Aqrarkredit” QSC-də “Apellyasiya Şurası” yaradılmışdır.

Apellyasiya Şurası sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı “Aqrarkredit”QSC-nin və onun strukturuna daxil olan digər qurumların qərarlarından, hərəkət və ya hərəkətsizliyindən verdikləri şikayətlərə baxır.

Apellyasiya Şurasına daxil olan müraciətlər üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılır, mahiyyəti üzrə əsaslandırılmış qərar qəbul edilir və müraciət edənlərə rəsmi cavab göndərilir.

Müraciət yazılı (o cümlədən elektron) formada tərtib edilməli və özündə aşağıdakı məlumatları əks etdirməlidir:

  • Müraciət olunan qurum: “Aqrarkredit” QSC-nin Apellyasiya Şurası;
  • Müraciətçi fiziki şəxs olduqda: onun soyadı, adı, atasının adı, yaşayış yeri və ya faktiki yaşadığı ünvan
  • Müraciətçi fiziki şəxs olduqda: hüquqi şəxsin adı və hüquqi ünvanı;
  • Fiziki və ya hüquqi şəxsin VÖEN-i;
  • Müraciətin məzmunu və tələbi;
  • Bundan əvvəl “Aqrarkredit” QSC-yə edilmiş müraciətlər və alınmış cavablar barədə məlumatlar;
  • Müraciətə əlavə edilmiş sənədlərin siyahısı.

Müraciəti fiziki şəxsin özü, hüquqi şəxsin rəhbəri, yaxud onun səlahiyyətli nümayəndələri (səlahiyyəti təsdiq edən sənədin əsli müraciətə əlavə edilməklə) imzalayırlar. Hüquqi şəxsin təqdim etdiyi müraciətə həmin hüquqi şəxsin möhürü vurulmalıdır.

 Ünvan:       AZ1006, Bakı şəhəri, Qədirli küçəsi 125.

Tel/faks:     (+99412) 538-93-57    (+99412) 498-15-17

E-Mail:       apellyasiya@aqrarkredit.az info@aqrarkredit.az