Kalkulyator

“Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” (Qayda) 8.1-ci bəndinə əsasən müraciətlərə baxılması və yaranan mübahisələrin həlli məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) tərəfindən Apellyasiya Komissiyası yaradılmışdır. Həmçinin, Palatanın saytında  vətəndaş məmnunluğunun təmin edilməsi və istehlakçı hüquqlarının qorunması, məsələnin fərdi qaydada araşdırılması üçün Apellyasiya Komissiyasına yönəldilməsi məqsədilə müvafiq portal yaradılmışdır.

Eyni zamanda, Qaydaya əsasən bank olmayan kredit təşkilatının və ləğvetmə prosesində olan kredit təşkilatının müştərisi olan fiziki şəxslərin sərəncamına veriləcək kompensasiyanın verilməsi poçt rabitəsinin milli operatoru tərəfindən həyata keçiriləcəkdir. Poçt rabitəsinin milli operatoru tərəfindən vətəndaşların vəsaitləri alacaqları ünvan barədə məlumatlandırılması üçün saytında axtarış sistemi yaradılmışdır.