Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidməti vəsaitlərinin istifadəsi

Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidməti vəsaitlərinin istifadəsi

Kredit şərtləri:

Kreditin məbləği: 1000, 1000-20000, 2000-50000, 50000-200000 Manat

Faiz dərəcəsi: 7 %

Müddət: 1 il, 3 il, 5 il

Onlayn sifariş et

Layihənin əsas məqsədi:
Kənd yerlərində yaşayanların maddi durumunun yaxşılaşdırılmasına kömək etməkdir.

Layihənin əhatə dairəsi: Azərbaycan Respublikasınını bütün regionları.

Bu layihəni həyata keçirən filial: Bərdə, Ucar, Şəki, Salyan, İmişli, Gəncə, Xaçmaz, Qazax, Şamaxı və Lənkaran.

Kreditləşmənin subyektləri - fiziki və hüquqi şəxslər, fermerlər (ailə kəndli fermer təsərrüfatları), istehsalçı qruplar, kredit ittifaqları və fərdlər.

Kreditin təyinatı
Bütün növ kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və avadanlıqların alınması üçün.

Kreditin həddi və müddəti:

  1. 1 000 manatadək - mikro kreditlər üçün - güzəşt müddəti 12 ayadək olmaqla 2 (iki) ilədək;
  2. 1000 manatdan 20 000 manatadək kiçik həcmli kreditlər üçün – güzəşt müddəti 18 ayadək olmaqla 3 (üç) ilədək,
  3. 20000 manatdan 50 000 manatadək orta  həcmli kreditlər üçün – güzəşt müddəti 18 ayadək olmaqla 3 (üç) ilədək,;
  4. 50000 manatdan 200 000 manatadək böyük  həcmli kreditlər üçün – güzəşt müddəti 24 ayadək olmaqla 5 (beş) ilədək;

Kredit faizi və komission haqqı:

  1. İllik faiz dərəcəsi -  7%;
  2. Kreditin qiymətləndirilməsi və göstərilən digər xidmətlərə görə İdarə Heyətinin müəyyən etdiyi həddə komission haqqı

Kreditin və faizin ödənişi

  1. Kreditə hesablanmış faizin ödənişi ayda bir dəfədən az olmamaqla;
  2. Əsas borcun ödənişi əsas borca tətbiq olunmuş güzəşt dörvü başa çatdıqdan sonra kredit müqaviləsində nəzərdə tutulmuş müddətdən başlayaraq ödənilir.

Kreditə müraciət edənlər aşağıdakı sənədləri təqdim edir:

  1. Kredit ərizəsi;
  2. Biznes plan (kredit layihəsi);
  3. Təqdim edilən layihə məbləğinin ən azı 30%-i sahibkarın öz vəsaiti olduqda;
  4. Kreditin təminatı kimi likvid girov əmlakı ;
  5. Girov əmlakının sığortalanması məqsədəuyğundur;
  6. Birgə borclulardan girov təminatı tələb olunmur;
  7. Birgə borclular qrupunun üzvlərindən həyat sığortası tələb olunur.