Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Proqramı

Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Proqramı

Kredit şərtləri:

Kreditin məbləği: 5000-5000, 50001-500000, 500001-10000000 Manat

Faiz dərəcəsi: 6 %

Müddət: 3, 5, 10 il

Onlayn sifariş et

Əsas məqsəd:

Fondun vəsaitləri hesabına kredit xidməti göstərməklə sahibkarlığın inkişafına dəstək vermək.

İnzibati ərazi – Naxçıvan MR istisna olmaqla Azərbaycan Respublikasının bütün regionları.

Proqramın icrasını təmin edir: - Bakı, Bərdə, Lənkəran, Salyan, Ucar, İmişli, Gəncə, Xaçmaz, Qazax, Şəki, Şamaxı filialları.

Kreditləşmənin subyektləri – sahibkarlar.

Kreditin təyinatı(İqtisadiyyatın prioritet sahələri)

  1. İnformasiya texnologiyalarının inkişafı;
  2. Turizm sektoru;
  3. Kənd təsərrüfatı;
  4. İnnovasiya yönümlü sahibkarlıq fəaliyyəti
  5. Yeyinti sənayesi
  6. Yüngül sənaye.
  7. Kimya sənayesi.
  8. Maşınqayırma sənayesi
  9. Yerli xammala əsaslanan tikinti materialları istehsalı
  10. Əhalinin ənənəvi və tarixi əmək vərdişləri əsaslanan iqtisadiyyatın sahələri(xalçaçılıq,misgərlik və s.)
  11. Ağac emalı və mebel istehsalı
  12. Xidmət sahələri

Kreditin həddi və müddəti:

  1. 5 000 manatdan 50 000 min manatadək kiçik həcmli kreditlər üçün – 3 (üç) ilədək;
  2. 50 001 manatdan 500 000 manatadək orta həcmli kreditlər üçün – 5 (beş) ilədək;
  3. 500 001 manatdan 10 000 000 manatadək böyük həcmli kreditlər üçün – 10 (on) ilədək;
  4. Kreditlərdən istifadə üzrə güzəşt müddəti, kredit verilmiş hər bir sahibkarlıq subyekti üçün fəaliyyətin xarakterindən asılı olaraq nağd pulun hərəkəti barədə məlumat əsasında müəyyən edilir və kreditin istifadə müddətinin ilk 1/2 dövrünü əhatə edə bilər. Güzəşt müddətində sahibkarlıq subyektləri yalnız faiz borclarını ödəyir, əsas borc üzrə isə hər hansı ödəniş həyata keçirmirlər.

Kredit faizi və komission haqqı:

  1. İllik faiz dərəcəsi  -  6 % (kütləvi informasiya vasitələrinin inkişafı üzrə layihələrin maliyyələşdirilməsi üzrə - 4 faiz).
  2. Kreditin qiymətləndirilməsi və göstərilən digər xidmətlərə görə İdarə Heyətinin müəyyən etdiyi həddə komission haqqı.

Kreditin və faizin ödənişi

  1. Kreditə hesablanmış faizin ödənişi ayda bir dəfədən az olmamaqla;
  2. Əsas borcun ödənişi əsas borca tətbiq olunmuş güzəşt dörvü başa çatdıqdan sonra kredit müqaviləsində nəzərdə tutulmuş müddətdən başlayaraq ödənilir.

Kreditə müraciət edənlər aşağıdakı sənədləri təqdim edir: 

  1. Kredit ərizəsi;
  2. Biznes plan (kredit layihəsi);
  3. Kreditin təminatı kimi likvid girov əmlakı və ya zəmanət.
  4. Girov əmlakının sığortalanması məqsədəuyğundur.