Kənd Yerlərinin Kreditləşdirilməsi Proqramı

Kənd Yerlərinin Kreditləşdirilməsi Proqramı

Kredit şərtləri:

Kreditin məbləği: 5000 manatdan yuxarı, Mikrokredit: 500-5000 Manat

Faiz dərəcəsi: 21, 24, 27 %

Müddət: 24, 60 ay

Onlayn sifariş et

Əsas məqsəd:

Kənd yerlərində kredit xidməti göstərməklə onun sosial iqtisadi inkişafına nail olmaqdır.

Əhatə dairəsi:
Azərbaycan Respublikasının bütün regionlarında Bakı, Naxçıvan, Bərdə, Lənkəran, Salyan, Ucar, İmişli, Gəncə, Xaçmaz, Qazax, Şəki, Şamaxı filialları vasitəsi ilə.

Kreditləşmənin subyektləri – fiziki və hüquqi şəxslər, ailə kəndli təsərrüfatları, birgə borclular.

Kreditin təyinatı:

  1. Bitkiçilik məhsulları istehsalı üçün;
  2. Heyvandarlıq məhsulları istehsalı üçün;
  3. Aqrar emal sahələri üçün;
  4. Kənd təsərrüfatı texnikası və avadanlıqlarının alınması üçün;
  5. Kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərilən xidmət üçün;
  6. Kənd təsərrüfatı məhsullarının tədarükü və sairə üçün;
  7. Kənd yerlərində ticarət üçün;

Kreditin müddəti:
qısa müddətli – əsas borca güzəşt müddəti 9 ayadək (təqdim edilmiş layihənin xüsusiyyəti nəzərə alınmaqla)
olmaqla, 24 ayadək.
uzun müddətli - əsas borca güzəşt müddəti 12 ayadək (təqdim edilmiş layihənin xüsusiyyəti nəzərə alınmaqla) olmaqla, 60 ayadək.

Kredit faizi və komission haqqı:

  1. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinə, eləcədə Kredit İttifaqlarına - illik 21%; kreditin ödənişi gecikdirildikdə isə gecikdirilmiş məbləgin - illik  26%-i
  2. Kənd təsərrüfatı məhsullarının tədarükü, ticarət,  digər fəaliyyət sahələrinə - illik 24%; kreditin ödənişi gecikdirildikdə isə gecikdirilmiş məbləgin -illik 29%-i
  3. Kreditin qiymətləndirilməsi və göstərilən digər xidmətlərə görə İdarə Heyətinin müəyyən etdiyi həddə komission haqqı.

Kreditin və faizin ödənişi

  1. Kreditə hesablanmış faizin ödənişi ayda bir dəfədən az olmamaqla;
  2. Əsas borcun ödənişi əsas borca tətbiq ilunmuş güzəşt dövrü başa çatdıqdan sonra kredit müqaviləsində nəzərdə tutulmuş müddatdən başlayaraq ödənilir.

Kreditə müraciət edənlər aşağıdakı sənədləri təqdim edir:

  1. Kredit ərizəsi;
  2. Biznes plan (Kredit layihəsi);
  3. Təqdim edilən layihə məbləğinin ən azı 30%-i borcalanın öz vəsaiti olduqda;
  4. Kreditin təminatı kimi likvid girov əmlakı və ya zəmanət;
  5. Girov əmlakının sığortalanması məqsədəuyğundur.
  6. 5000 manatadək olan mikrokreditlər üçün kreditin təminatı zaminlik formasında tələb olunur.
  7. Mikrokredit alan şəxslərdən həyat sığortası tələb olunur.